BMT KXDR-in raket sınaqları ilə bağlı toplantı keçirəcək

Mar27,2021

BMT Təhlükəsizlik Şurası martın 30-da Koreya Xalq Demokratik Respublikasının raket sınaqları ilə bağlı növbədənkənar toplantı keçirəcək.

QİA.AZ xəbər verir ki, bu barədə TASS-a BMT Təhlükəsizlik Şurasındakı diplomatik mənbə bildirib.

Qeyd edilir ki, məsələhətləşmələr qapalı olacaq.

“Müvafiq müzakirəni Təhlükəsizlik Şurasının avropalı üzvləri (Fransa, Böyük Britaniya, Estoniya, İrlandiya, Norveç) adından Fransa tələb edib”, – mənbə agentliyə deyib. “Toplantının çərşənbə axşamı qapalı formatda keçiriləcəyi gözlənilir”, – mənbə əlavə edib.

Daha əvvəl Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik olduğu güman edilən raketi sınaqdan keçirdiyini bildirib.

Oxşar Xəbərlər