BMT-nin Narkotik vasitələr üzrə komissiyası tibbi marixuana və onun törəmələrini təhlükəli narkotiklər kateqoriyasından, yəni Narkotik vasitələr haqqında 1961-ci il IV Vahid Konvensiya siyahısından çıxarıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə məlumatı “New York Times” yayıb.
Bildirilib ki, səsvermədə iştirak edən 53 üzv ölkədən 27-si – ABŞ və Aİ ölkələr daxil olmaqla – bu qərarın lehinə, 25-i – Rusiya və Çin daxil olmaqla – əleyhinə səs verib. Yalnız Ukraynanın bitərəf qaldığı vurğulanıb.
Qərar Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin yanvarında verdiyi tövsiyə əsasında qəbul edilib.