BMT-nin Əfqanıstandakı əməkdaşları təhdid edilir

Avq24,2021

BMT-nin baş katibi Antoniu Quterriş bildirib ki, beynəlxalq təşkilatın əməkdaşlarının Əfqanıstanda qorxudulması haqqında xəbərlərdən məyus olub.

Bu barədə QİA.AZ xarici mətbuata istinadən xəbər verir. 

“Mən sizin narahatlığınızı, sizin həyəcanınızı və ağrınızı bölüşürəm. Mən sizin bəzilərinizin sıxışdırılmalarınızdan və qorxutmalarla qarşılaşmalarınızdan barədə xəbərlərdən məyusam”, – o, BMT-nin Əfqanıstandakı təmsilçilərinə müraciətində qeyd edib.

Baş katib vurğulayıb ki, beynəlxalq təşkilat öz əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görəcək. “İndi bu yeni problemlə üz -üzə qaldığımız üçün sizə zəruri ləvazimatları təqdim etmək və dəstək üçün mütəxəssis qrupları göndərmək üçün çalışırıq. Biz sizin təhlükəsizliyiniz və Əfqanıstanın bu qədər uzun müddət əziyyət çəkən xalqına kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”, – Quterreş qeyd edib.

Oxşar Xəbərlər