BMT rəsmisi Britaniya hakimiyyətini Assanjı dərhal azad etməyə çağırdı

Dek9,2020
BMT rəsmisi Britaniya hakimiyyətini Assanjı dərhal azad etməyə çağırdı

BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Nils Melser Böyük Britaniya hakimiyyətini “WikiLeaks”in qurucusu Culian Assanjı dərhal azadlığa buraxmağa çağırıb.

Bu barədə “QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Assanj saxlanıldığı həbsxanadan dərhal azadlığa buraxılmalı və ya Belmarş həbsxanasında koronavirus infeksiyasının yayılması ilə əlaqədar onun həbsi ev dustaqlığı ilə əvəz olunmalıdır”, – Melser bildirib.

Melserin sözlərinə görə, Assanjın hazırda saxlanıldığı Belmarş həbsxanasında 160 məhbusdan təxminən 65-i koronavirusa yoluxub.

BMT rəsmisi vurğulayıb ki, “WikiLeaks”in qurucusunun təhlükəsizlik şəraitinin yüksək səviyyədə təmin olunduğu həbsxanada uzun müddət saxlanılması “nə lazımdır, nə qaydalara münasibdir, nə də bunun hər hansı qanuni əsası var”.

Melser Assanjın ABŞ-da davam edən ekstradisiya prosesi müddətində iştirakını təmin etmək üçün yalnız bir profilaktik tədbir olaraq tutulduğunu söyləyib. O, qeyd edib ki, ekstradisiya prosesi bir neçə il davam edə bilər.

Oxşar Xəbərlər