Son 50 ildə iqlim hadisələri səbəbindən 2 milyondan çox insan həyatını itirib.
“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Meteorologiya Təşkilatının hesabatında məlumat dərc edilib.
Bildirilib ki, yarım əsrdə dünyada təhlükəli iqlim, meteoroloji və hidroloji hadisələr nəticəsində 2 milyondan çox insan dünyasını dəyişib.
Ümumi maddi zərər isə 3,64 trilyon ABŞ dolları təşkil edib.
Hadisələrin 91 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib.