BMT: “Son 50 ildə iqlim hadisələri səbəbindən 2 milyondan çox insan həyatını itirib”

Sen1,2021

Son 50 ildə iqlim hadisələri səbəbindən 2 milyondan çox insan həyatını itirib.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Meteorologiya Təşkilatının hesabatında məlumat dərc edilib.

Bildirilib ki, yarım əsrdə dünyada təhlükəli iqlim, meteoroloji və hidroloji hadisələr nəticəsində 2 milyondan çox insan dünyasını dəyişib.

Ümumi maddi zərər isə 3,64 trilyon ABŞ dolları təşkil edib.

Hadisələrin 91 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib.

Oxşar Xəbərlər