BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstandakı vəziyyətlə bağlı avqustun 30-da iclas keçirəcək.
QİA.AZ-ın məlumatına görə, bu barədə təşkilatın bəyanatında deyilir.
Qeyd olunur ki, bir müddət əvvəl BMT-nin baş katibi Antoniu Quterreşin ölkədəki vəziyyətin TŞ üzv ölkələri ilə müzakirə etmək niyyətində olduğu açıqlanmışdı.
Xatırladaq ki, Əfqanıstanda “Taliban” hərəkatı avqustun 15-dən etibarən ölkədə nəzarəti ələ keçirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.
“Taliban” ölkədən bütün təxliyə proseslərinin avqustun 31-dək başa çatdırılmasını tələb edib.