BMT Təhlükəsizlik Şurası Liviyada atəşkəsə nəzarəti ətmin etmək üçün monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib.
QİA.AZ xəbər verir ki, bu barədə “TASS”a təşkilatdakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, monitorinq qrupunun yaradılması ilə bağlı qətnamə etirazsız qəbul edilib.
Sənəddə deyilir ki, Təhlükəsizlik Şurası “baş katib tərəfindən təklif olunan monitorinq qrupunun tərkibini və fəaliyyət istiqamətlərini qəbul edir”.