BNA: 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb

May31,2021

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra svetoforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

“QİA.az” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə:

Daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb;

Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb;

Müvafiq yol nişanlanma xətləri çəkilib;

Səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Oxşar Xəbərlər