Hazırda Bakının bəzi ərazilərində meterioloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.
“QİA.AZ” bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir:
– Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri);
– Günəşli;
– Hövsan;
– Şüvəlan;
– Binə;
– Badamdar;
– Xırdalan;
– Müşfiqabad;
– Mehdiabad;
– Digah;
– Masazır dairəsi;
– Kürdəxanı yolu;
– Məmmədli və Yanardağ yolu;
– Biləcəri enişi;
– Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti;
– Baksol yolu;
– Zığ yolu;
– Salyan şossesi;
– Bibiheybət yolu;
– Bakı dairəvi yolu.