BNA: Bəzi ərazilərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir

Fev24,2021
bna

Hazırda Bakının bəzi ərazilərində meterioloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

“QİA.AZ” bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir:

– Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri);

– Günəşli;

– Hövsan;

– Şüvəlan;

– Binə;

– Badamdar;

– Xırdalan;

– Müşfiqabad;

– Mehdiabad;

– Digah;

– Masazır dairəsi;

– Kürdəxanı yolu;

– Məmmədli və Yanardağ yolu;

– Biləcəri enişi;

– Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti;

– Baksol yolu;

– Zığ yolu;

– Salyan şossesi;

– Bibiheybət yolu;

– Bakı dairəvi yolu.

Oxşar Xəbərlər