Boksçumuz ermənini məğlub edib

Azərbaycan boksçusu Lorenzo Sotomayor Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.

“QİA.az”ın məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Danimarkanı təmsil edən erməni rəqibi Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında moldovalı Dmitri Qalaqota qalib gəlib. Yarış bu gün bərpa olunub. Kuba əsilli boksçunun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.

Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə polşalı Yelizaveta Vojçikə uduzub.

Qeyd edək ki, bu gün daha iki azərbaycanlı boksçu mübarizəyə qoşulacaq.

Oxşar Xəbərlər