Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatası Azərbaycana dəstək verdi

Noy5,2020

Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatası Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycanı dəstəklədiyini açıqlayıb.

“QİA.AZ”ın Palatadan əldə etdiyi məlumata görə, bu barədə qurumun sədri Dimitar Bratanovun imzası ilə Avropa Ticarət və Sənaye Palataları Assosiasiyasının prezidenti Kristof Leytl (Christoph Leitl) və Bolqarıstan Ticarət və Sənaye Palatasının prezidenti Svetan Smyonova (Tsvetan Smeonov) göndərdiyi məktubda deyilir.

“Biz Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri 1 aydan çoxdur Qafqazda hərbi əməliyyatlarıın inkişafını diqqət və narahatlıqla izləyirik. Bu hadisələr Azərbaycanın beynəlxalq aləmdə tanınan suveren ərazisində baş verir. İşğal olunmuş ərazilərin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələrinin yerinə yetirilməməsi insan ölümləri və həmçinin sənaye və mülki infrastrukturun dağıdılması da daxil olmaqla hazırkı hadisələrə səbəb olub.

Hazırda Azərbaycan xalqının son arzusu ərazilərini beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bərpa etməkdir və biz bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün bütün beynəlxalq və qeyri-hökumət təşkilatlarını yardıma çağırırıq.

Biz Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək və ərazi bütövlüyünü ədalətlə bərpa etmək üçün atdığı ədalətli və qanuni səylərini tam dəstəkləyirik”-deyə məktubda bildirilib.

Oxşar Xəbərlər