Bolqarıstan dekabrın 31-dən Azərbaycandan qaz alacaq

2020-ci il dekabrın 31-dən etibarən Bolqarıstan Azərbaycandan təbii qaz almağa başlayacaq.

QİA.AZ-ın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin iclası zamanı deyib.

O bildirib ki, “Bulgargaz” şirkəti ilə SOCAR arasında imzalanan müqaviləyə əsasən, Bolqarıstana 25 il müddətində illik 1 milyard kubmetr təbii qaz tədarük olunacaq.

Nazir əlavə edib ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan vasitəsilə nəql ediləcək.

Qeyd olunub ki, Bolqarıstan təbii qazı gələn ilin oktyabrınadək Trans-Adriatik boru kəmərini (TAP) Yunanıstan qaz-nəqliyyat sistemi ilə bağlayan “Kulata” müvəqqəti tədarük məntəqəsi vasitəsilə əldə edəcək.

Oxşar Xəbərlər