Bolqarıstanın “Lüdoqorets” komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
“QİA.AZ”ın məlumatına görə, bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb.
Bu səbəbdən Razqrad təmsilçisinin ölkə kubokunun 1/16 final mərhələsində “Svoqa” klubu ilə noyabrın 12-nə nəzərdə tutulan oyunu təxirə salınıb.
İnfeksiyaya yoluxanların adları açıqlanmayıb.