Bolqarıstan və Azərbaycan növbəti mərhələdə qaz tədarükü ilə bağlı razılaşmalar üzrə danışıqlar aparır.
QİA.AZ bu barədə “Bulgarian Energy Holding” (BEH) şirkətinə istinadən məlumat verir.
Qeyd edək ki, Azərbaycandan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə qaz tədarükü barədə saziş “Bulgargaz” şirkətinin Yunanıstanın Komotini məntəqəsindəki ünvanına nəqlini nəzərdə tuturdu. Sazişdə qeyd olunur ki, Bolqarıstan tərəfi tədarük nöqtəsini birtərəfli qaydada dəyişdirə bilməz. Bu isə onu ifadə edir ki, tədarük nöqtəsinin müvəqqəti dəyişdirilməsi Azərbaycan tərəfinin razılığını tələb edir. İnterkonnektorun davam edən tikintisi ilə əlaqədar Komotini tədarük məntəqəsi 31 dekabr 2020-ci ilədək istismara verilməyib:
“Azərbaycanlı tədarükçü ilə danışıqların yekununda 31 dekabr 2020-ci ildən 30 iyun 2022-ci ilədək Yunanıstan ərazisində digər tədarük nöqtəsinin müvəqqəti istifadə olunması və Bolqarıstana alternativ marşrutla təbii qaz nəqli barədə razılıq əldə olunub”.