Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

Noy21,2021

Bu gün Bakı vaxtı ilə saat 09:00-da Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Ölkədə təxminən 13 min, xaricdə isə 750 seçki məntəqəsi açılıb.

Bolqarıstanda 6,7 milyon vətəndaşın səsvermə hüququ var. Seçicilər ikinci turda hazırkı prezidenti Rumen Radev və Sofiya Universitetinin rektoru Anastas Hercikov arasında seçim etməlidirlər.

Oxşar Xəbərlər