Boris Conson şahzadə Filipin dəfn mərasiminə niyə getmir?

Böyük Britaniyanın baş naziri Boris Conson kraliça II Elizabetin əri Şahzadə Filipin dəfn mərasimində iştirak etməyəcək.

“QİA.az” xəbər verir ki, bu barədə Dauninq-stritin nümayəndəsinin bəyanatına əsasən “Sky News” telekanalı bildirib.

Qeyd edilir ki, koronavirus üzrə məhdudiyyətlərə görə mərasimdə yalnız 30 nəfər iştirak edə bilər, buna görə baş nazir bir yeri azad etmək üçün tədbirə getməyəcək.

Şahzadə Filip aprelin 9-da 99 yaşında vəfat edib. Britaniyada koronavirus məhdudiyyətlərinə görə, dəfn mərasimi iştirakçılarının sayı 30 nəfəri ötə bilməz, kral ailəsi də istisna təşkil etmir.

Xatırladaq ki, Şahzadə Filip aprelin 17-də dəfn ediləcək. Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

QİA.az

Oxşar Xəbərlər