Çinin Avropa Birliyi (AB) rəsmilərinə qarşı sanksiya tətbiq etməsi təəssüf doğurur və qəbuledilməzdir.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell birliyin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra təşkil olunan mətbuat konfransında bildirib.
“Bu tədbirlər təəssüf doğurur və qəbuledilməzdir. Avropa Birliyi insan haqlarını qorumaqla bağlı öhdəliyini dəyişdirməyəcək”, – Borrell belə deyib.