“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir

May9,2024

“Borussiya” (Dortmund) klubunun əfsanəvi futbolçusu Marko Roys ABŞ klubuna keçəcək.

Məlumata görə, “sarı-qaralar”dan ayrılmaq qərarına gələn 35 yaşlı Marko Roys Missuri ştatını təmsil edən “Sent-Luis Siti” klubu ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Təcrübəli futbolçu “Borussiya”nın forması ilə indiyədək ümumilikdə 432 matçda meydana çıxıb və 169 qol, 130 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Marko Roys 2012-ci ildən Dortmund klubunun şərəfini qoruyub.

Mənbə: Theatletic.com  

Oxşar Xəbərlər