Böyük Britaniya Azərbaycandan məhsul idxalını artırıb

Avq29,2021

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya ixracat ümumilikdə 227,5 milyon dolları keçdi ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artımın olduğunu (23 dəfə) göstərir.

QİA.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Azərbaycanın ümumi ixracatında payı 2020-ci ilin yeddi ayında 0,11 faizə qarşı 2 faizə çatıb.

Bununla yanaşı, 2021-ci ilin iyul ayının sonuna qədər Azərbaycana Böyük Britaniya məhsullarının idxalı 164,1 milyon dollar təşkil edib və Böyük Britaniyanın bir il ərzində Azərbaycanın ümumi idxalındakı payı 0,42 faiz azalaraq ümumi həcmin 2,61 faizinədək düşüb.

Oxşar Xəbərlər