Böyük Britaniya esminesi Qırmızı dənizdə husilərin hücumunu dəf edib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi Yəmənin “Ənsar Allah” (Husilər) üsyançı hərəkatı tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Dünən “Diamond” Qırmızı dənizdə husilərin dron hücumunu “Sea Viper” raket sisteminin köməyi ilə uğurla dəf etdi. Ekipaj və ya gəmidə xəsarət alan olmadı. Bu cür hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya azadlığını qorumaqdır”, – deyə məlumatda bildirilib.

Oxşar Xəbərlər