Böyük Britaniyada indiyədək aşkar edilmiş ən böyük dinozavr izləri tapılıb

Böyük Britaniyada indiyədək aşkar edilmiş ən böyük dinozavr izləri Oksfordşir qraflığında tapılıb.

AZƏRTAC xəbər verir ki, 166 milyon il əvvələ aid olan təxminən 200 nəhəng iz uzun boyunlu “Cetiosaurus” və daha kiçik ölçülü ətyeyən “Megalosaurus” dinozavrlarının izlərini əks etdirir. 

Ən uzun iz dəhlizi 150 metr uzunluğundadır. Lakin ərazinin yalnız bir hissəsi qazıldığı üçün bu izlərin daha da uzana biləcəyi ehtimal edilir.

Birminqem Universitetindən mikropaleontoloq professor Körsti Edqar bu kəşfi yüksək qiymətləndirib, bunların miqyasına və ölçüsünə görə gördüyü ən təsirli izlərdən biri olduğunu deyib.

Oxşar Xəbərlər