Böyük Britaniyada Şuşa şəhəri haqqında məqalə yayımlanıb

Böyük Britaniyada Şuşa şəhəri haqqında məqalə yayımlanıb

Böyük Britaniyada fəaliyyət göstərən soydaşımız Ülvi Pepinovanın “Azerbaijan in Focus” xəbər portalında “Şuşa – Azərbaycanın mənəvi, musiqi və mədəniyyət beşiyidir”adlı məqaləsi yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, məqalədə “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərinin tarixi, milli-mədəni irsi, Azərbaycanın görkəmli şairlərinin, bəstəkarlarının və musiqiçilərinin vətəni olduğu barədə ətraflı məlumat verilib.Ermənistanın 28 illik işğalı dönəmində Şuşanın mədəni soyqırıma məruz qaldığı,azərbaycanlıların tarixi irsinin bu şəhərdən də silinməsinə cəhd edildiyi nəzərə çatdırılıb:”Şuşanın, eləcə də bütün Qarabağ bölgəsində tarixi-mədəni irsin dağıdılmasından çox kədərlənən azərbaycanlılar hazırda xarabalıqlardan ibarət olan bu yerlərin bərpaolunmasının yeni dövrünə qədəm qoyurlar”.Xan qızı, şairə Xursidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun və məşhur müğənni Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin artıq Şuşayaqaytarıldığı, bu addımın öz evlərindən qovulmuş milyona yaxın azərbaycanlının uzunillər həsrətində olduğu Şuşaya və bütün Qarabağa tezliklə dönəcəyinin rəmzi kimi qəbuledildiyi vurğulanıb.Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

Shusha – The Spiritual, Musical and Artistic Genesis of Azerbaijan

Oxşar Xəbərlər