Böyük Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub

İyl18,2021

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

QİA.AZ-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə S.Cavid özünün “Twitter” səhifəsində yazıb.

Səhiyyə naziri bildirib: “Bu gün səhər məndə koronavirus aşkar olunub. Mən təkrar PCR testin nəticələrini gözləyirəm, lakin xoşbəxtlikdən mən peyvənd olunmuşam və simptomlar yüngüldür. Zəhmət olmasa, peyvənd olunmaq üçün müraciət etməyi unutmayın”.

Qeyd edək ki, Sacid Cavid martın 17-i “AstraZeneca” vaksininin birinci dozası, mayın 16-sı isə ikinci dozası ilə peyvənd olunub.

Oxşar Xəbərlər