Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ikinci günü medalsız bitirdi

Fev19,2021
cüdo

Azərbaycan cüdoçuları İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqənin ikinci gününü medalsız başa vurublar.

“QİA.AZ” xəbər verir ki, 73 kq çəki dərəcəsindəki Telman Vəliyev zədələndiyi üçün Lukas Rayterlə (Avstriya) görüşə çıxmayıb.

81 kq-da yarışan Zelim Tskayev 1/16 finalda Ben Haroçu (İsrail) məğlub edib, 1/8 finalda isə Səyid Mollaiyə (Monqolustan) uduzub. Eyni çəkidəki Hidayət Heydərov Marsel Çerçanı (Rumıniya) məğlub etsə də, 1/8 finalda Frank de Vitlə (Niderland) bacarmayıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusundan Davud Məmmədsoy (60 kq) qızıl medal əldə edib. 66 kq-dakı Nicat Şıxəlizadə isə yeddinci olub.

Oxşar Xəbərlər