“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar

Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə iki medal qazanıb.

QİA.Az “Report”a istinadən xəbər verir ki, daha bir idmançımız bürünc mükafat əldə edib.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian Limaya məğlub olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) yarışda üçüncü yeri tutub. İlk gündə turnirə qoşulan digər altı cüdoçu medalsız qalıb.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

Oxşar Xəbərlər