Böyük Dəbilqə: Bu gün son iki cüdoçumuz çıxış edəcək

Mar28,2021 #Böyük Dəbilqə #Cüdo

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulacaq.

“QİA.az”ın məlumatına görə, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək.

Mirzəyev 1/32 finalda qətərli Reda Nafva ilə üz-üzə gələcək. Bu görüşün qalibi növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə rəqib olacaq.

Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edəcək. O, Qalimjan Krikbay (Qazaxıstan) – Cemal Erdoğan (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb. Hazırda Azərbaycan 80 ölkə arasında 13-cüdür.

Oxşar Xəbərlər