Böyükşor gölü üzərində üzən günəş stansiyasının tikintisi üzrə beynəlxalq şirkətlə müqavilə bağlanılıb

Fev5,2021
Böyükşor gölü üzərində üzən günəş stansiyasının tikintisi üzrə beynəlxalq şirkətlə müqavilə bağlanılıb

Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasınıntikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib. Energetika Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.Tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının vəlayihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər.Məlumat üçün bildiririk ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satın alınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satın alma müsabiqəsinin nəticəsində müəyyən edilib.Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NIXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində “Gamma Solutions” beynəlxalq şirkəti satın alma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.

Oxşar Xəbərlər