Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.
26 yaşlı idmançı 2 oyunluq diskvalifikasiya olunub.
UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.
Qeyd edək ki, “ay-ulduzlular” iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.