Energetika

BP ən çox zərər görən şirkətlər sırasında – 20,3 milyard dollar

Movavi

Böyük Britaniyanın məşhur enerji şirkəti “British Petrolium” (BP) şirkəti 2020-ci ilə zərərlə yekun vurub.

QİA.AZın şirkətin mediaya təqdim etdiyi hesabatlara əsasən verdiyi məlumata görə, BP şirkəti ötən il 20,3 milyard dollar zərər edib.

BP-nin maliyyə hesabatlarının analizinə əsasən, 2010-2020-ci illər ərzində nəhəng enerji şirkəti üç dəfə zərərə gedib. Belə ki, şirkət 2010-cu və 2015-cı illəri də zərərlə başa vurub.

Həmçinin, BP-nin mənfəəti 2016-cı ildə son 10 ilin ən aşağı həddində olub. Şirkət 2019-cu ildə 4 milyard dollar mənfəət əldə edib ki, bu da 2018-ci illə müqayisədə iki dəfə azdır. Əlavə edək ki, BP 2018-ci ildə 9,4 milyard dollar gəlir əldə edib.

Qeyd edək ki, BP ilə yanaşı dünyanın digər məşhur neft-qaz şirkətləri də pandemiyanın müvafiq enerji resurslarına tələbatı azaltması ilə maliyyə itkiləri ilə üzləşiblər. Sektorda fəaliyyət göstərən bir çox şirkətlərinin hesabatlarında da mənfi tendensiya nəzərə çarpıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button