BP “Şahdəniz 2” çərçivəsində qazılan qurğuların sayını açıqlayıb

Apr29,2021

“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 17-sini tamamlayıb.

QİA.AZ bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində üç quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb.

Eyni zamanda qərb cinahın cənub hissəsində iki quyu, şimal cinahda bir quyu, şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Oxşar Xəbərlər