Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib.

QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 74 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.

Hazırda ştatın 281 bələdiyyəsində pis hava şəraiti hökm sürür. Rio Qrande-du-Sulda təbii fəlakətdən 370 mindən çox insan əziyyət çəkib.

Oxşar Xəbərlər