Braziliyada son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 82 288 yeni yoluxma faktı qeydə alınıb.
“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada koronavirusdan 2 301 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 17 883 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 500 800 nəfər vəfat edib.