Braziliyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötüb

İyn20,2021

Braziliyada son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 82 288 yeni yoluxma faktı qeydə alınıb.

“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son sutkada koronavirusdan 2 301 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 17 883 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 500 800 nəfər vəfat edib.

Oxşar Xəbərlər