Braziliyanın cənubunda, Parana ştatında yerləşən “Pato Branco” həbsxanasından 11 məhbus qaçıb.
Bu barədə “QİA.AZ” RİA “Novosti”yə istinadən xəbər verir.
Məhbuslar tunel qazaraq həbsxanadan qaçıblar. Onların tuneldən çıxması yaxınlıqdakı təhlükəsizlik kamerası vasitəsi ilə lentə alınıb.
Beş məhbusun yeri müəyyən edilərək saxlanılıb. Hazırda digər məhbusların axtarışları davam edir.