Braziliyada son 24 saat ərzində koronavirus (COVID-19) infeksiyasına 75 141 yeni yoluxma faktı qeydə alınıb.
“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutkada koronavirusdan 2 340 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 15 436 827 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 979 329 nəfər müalicə olunaraq sağalıb, 430 596 nəfər vəfat edib.