Braziliyalı futbolçu: “Bu arzumu “Qarabağ”da gerçəkləşdirdim”

Yan11,2021
Braziliyalı futbolçu: "Bu arzumu "Qarabağ"da gerçəkləşdirdim"

Türkiyənin “Kayserispor” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike “Gaz.com” nəşrinə müsahibə verib.

“QİA.AZ” xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycanda çıxış etdiyi dönəmi də xatırlayıb.

Braziliyalı oyunçu 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Bakıda İtaliya “Roma”sına uduzduqları oyundan da danışıb: “Turnirdəki ilk qolu vurmaqla arzuma çatdım. Ürəyim qırılmışdı, “Qarabağ”dan təklif gələn kimi müqavilə ilə məxsus olduğum Yunanıstanın PAOK klubunun prezidentinin məni göndərməsini xahiş etdim. Azərbaycanda çıxış etmək istəyim Çempionlar Liqasının qrupunda oynamaq arzusu ilə bağlı idi. Bu arzumu da gerçəkləşdirdim”.

Enrike Ağdam təmsilçisində azarkeşlərin sevimli oyunçusuna çevrildiyini vurğulayıb. O, imkan olacağı təqdirdə karyerasını yenidən ölkəsində davam etdirmək istədiyini söyləyib.

Qeyd edək ki, 2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib.

Enrike “Qarabağ”ın Bakıda “Roma”ya 1:2 hesabı ilə uduzduğu matçda fərqlənməklə, Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub.

Oxşar Xəbərlər