“Brent” markalı neft ötən ilin 24 fevral tarixindən bu yana ilk dəfə 57 dollarlıq həddi keçib.
QİA.AZ xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri 0,88 faiz bahalaşaraq 57,08 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 0,79 faiz bahalaşaraq 53,66 ABŞ dollarından satılıb.Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyi “Brent” markalı neftin qiymətinə dair 2021-ci il üçün proqnozunu 48, 53 ABŞ dollardan 52,7 ABŞ dollaradək artırıb.