Britaniya Baş naziri “Taliban”la işləməyə hazır olduğunu bildirib

Avq20,2021

Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda “Taliban” hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu deyib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Baş nazir “Sky News” telekanalının efirində Cobra adlı fövqəladə komitəsinin Əfqanıstandakı vəziyyətlə bağlı iclasından sonra bildirib.

B.Conson qeyd edib: “İnsanları inandırmaq istəyirəm ki, biz Əfqanıstandakı vəziyyətin siyasi və diplomatik həlli yollarını axtarmağa davam edəcəyik və təbii ki, lazım gələrsə, “Taliban”la işləyəcəyik”.

Baş nazir Əfqanıstanda vəziyyətin bir qədər yaxşılaşdığını deyib: “Vəziyyət bir az yaxşılaşır və [Kabil] hava limanında sabitləşmə görürük”.

Oxşar Xəbərlər