Britaniya kraliçası Azərbaycanı təbrik edib

Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçasının Azərbaycana təbriki səsləndirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfriliyindən  verilən məlumata görə, bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.

Sualı Britaniya hökuməti adından cavablayan Lord Goldmisth Britaniya kraliçası II Elizabetin ildönümü münasibəti ilə Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hokuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir. Lord Goldmsmith xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika region üzrə naziri Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək, ölkələrimiz arasında xüsusən ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.

Oxşar Xəbərlər