Böyük Britaniya kraliçası II Elizabet və əri Edinburq hersoqu Filip koronavirus əleyhinə peyvənd edilib.
QİA.AZ-ın məlumatına görə, bu barədə Bukinqem Sarayından bildiriblər.
Eyni zamanda, Britaniya monarxı və ərinə hansı şirkətin peyvəndi vurulması barədə məlumat verilməyib.
Bildirilib ki, peyvəndlər onlara Vindzor qalasında kral həkimi tərəfindən vurulub.