Britaniyada pandemiya dövründə COVID-19-a ən yüksək yoluxma qeydə alınıb

Son sutka ərzində Böyük Britaniyada koronavirusa yoluxanların sayı 78 610 nəfərə çatıb ki, bu da ölkədə epidemiya başlayandan indiyədək rekord göstərici sayılır.

QİA.AZ xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 4 671 yoluxma hadisəsi yeni “omikron” ştamına aiddir. Koronavirusa yoluxanların ümumi sayı isə 11 milyon nəfəri ötüb.

Bir gündə 165 nəfər koronavirusdan ölüb, bir milyondan çox test aparılıb.

Ümumilikdə, yeni ştamın yaratdığı yoluxma halları 70-dən çox ölkədə qeydə alınıb – Böyük Britaniyada yalnız bir xəstə dünyasını dəyişib.

Oxşar Xəbərlər