Britaniyanın baş naziri və BMT-nin baş katibi pandemiya məsələsini müzakirə ediblər

Britaniyanın baş naziri Boris Conson və BMT-nin baş katibi Antoniu Quterreş İngiltərədə keçirilən “G7” zirvəsi çərçivəsində pandemiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Britaniya hökumət başçısının ofisi məlumat verib.

“Liderlər Birləşmiş millətlər təşkilatının İqlim Dəyişikliyi çərçivə konvensiyası (COP-26) tərəflərinin 26-cı konfransının keçirilməsi planlarını müzakirə etdilər. Tərəflər ölkələrin karbon emissiyalarını azaltmaq və kömür istifadəsindən imtina etmək barədə öhdəliklərin götürmələri barədə razılığa gəldilər”, – məlumatda deyilir.

Oxşar Xəbərlər