Brüsseldə Baydenin iştirakı ilə Aİ-ABŞ sammiti başlayıb

Brüsseldə son yeddi ildə ilk dəfə keçirilən Avropa İttifaqı-ABŞ sammiti başlayıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, sammitdə ABŞ dövlət başçısı Co Bayden də iştirak edir.

Aİ-ni isə zirvə görüşündə Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri Ursula fon der Lyayen və Şarl Mişel, habelə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell təmsil edirlər.

Aİ nümayəndəsinin dünən Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, görüş Brüssel ilə Vaşinqton arasındakı münasibətləri bərpa etmək məqsədi daşıyır. Bundan əlavə, tərəflər Rusiyaya qarşı siyasətin koordinasiyasını müzakirə etmək və Rusiya ilə bağlı ikitərəfli dialoqa başlamaq niyyətindədirlər. Sammitin gündəliyinə həmçinin pandemiya, Çin, Belarusdakı böhran, Ukraynanın şərqindəki münaqişə, eləcə də Dağlıq Qarabağdakı vəziyyət, İranın nüvə sazişi və Türkiyə ilə münasibətlər daxil ediləcək.

Oxşar Xəbərlər