2021-ci ilin yanvar-fevralında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 4,43 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azdır.
QİA.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 76,5 faizi BTC xəttinin payına düşüb.
Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 5,8 milyon ton neft nəql edilib.
Yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 393,1 min ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,6 faiz azdır.