BTQ-nin Gürcüstan hissəsində inşaat işləri davam etdirilir

Noy12,2020

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində inşaat işləri davam etdirilir.

“QİA.AZ” xəbər verir ki, bu barədə layihənin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib.

Qeyd olunub ki, xəttin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2 183 metr yüksəklikdə yerləşən Taparavani-Pokani hissəsindədir. Layihənin reallaşdırılmasında bu amilin nəzərə alınması böyük əhəmiyyət kəsb edir.

Qış aylarında qatarların rahat hərəkətini təmin etmək məqsədilə 32 243 metr uzunluqda qar qoruyucu hasarlanmanın quraşdırılması nəzərdə tutulub. Konstruksiya hündürlüyü 5-6 metr olan metal dayaqlardan hazırlanıb. Dayaqlar arasındakı boşluqlara şaxtaya davamlı və su keçirməyən dəmir-beton lövhələr əlavə olunub.

Oxşar Xəbərlər