Bu əcnəbilər BƏƏ vətəndaşlığı ala biləcək

BƏƏ hökuməti bəzi kateqoriyalı əcnəbilərin vətəndaşlıq almasına imkan verən qanuna dəyişiklikləri qəbul edib.

QİA.AZ Əmirliyin WAM agentliyinə istinadən xəbər verir ki, bu barədə BƏƏ baş naziri Məhəmməd bin Rəşid Əl Maktum bildirib.

Onun sözlərinə görə, ölkə prezidentinin tapşırığına əsasən, investorlara, istedadlı mütəxəssislərə, alimlərə, həkimlərə, mühəndislərə və yaradıcı insanlara BƏƏ vətəndaşlığı və pasportu almaq imkanı yaradılacaq.

WAM agentliyinin yazdığına görə, vətəndaşlıq üçün müraciətlərə hökumət və yerli icra şöbələri baxacaq. Hər bir kateqoriya üçün xüsusi meyarlar müəyyən edilib.

Yeni qanun mövcud vətəndaşlıqdan imtina etməyi nəzərdə tutmur.

Oxşar Xəbərlər