Noyabrda ABŞ-da koronavirusa yoluxma hallarının sayı rekord səviyyəyə – 3 milyona çatıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyətin informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatlarına istinadən CNN teleşirkəti bildirib.
Universitet məlumatına görə, bu ay ABŞ-da koronavirusa 3 002 082 yoluxma təsdiq edilib. Bu, martdan ən yüksək aylıq göstəricidir. Əvvəlki pik statistika iyulda qeyd edilib. Həmin ay koronavirusa 1 921 461 yoluxma aşkarlanıb. Oktyabr, avqust və sentyabr aylarında milyondan çox amerikalı koronavirusa yoluxub.
Universitet qeyd edib ki, ABŞ-da təhlükəli virusa bütovlükdə 12,16 milyondan çox yoluxma qeydə alınıb, COVID-19-dan 256 347 insan ölüb. Birləşmiş Ştatlar dünyada hər iki göstərici üzrə birinci yerdədir.