Bu ay ABŞ-da milyonlarla insan koronavirusa yoluxub

Noy23,2020
Pakistan ərazisinin Hindistan hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində aralarında altı qadın, dörd uşaq olmaqla, ümumilikdə on bir dinc sakin yaralanıb. “Report” xəbər verir ki, bu barədə Pakistanın İdarələrarası İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) məlumat verib. Qeyd edilir ki, Hindistan ordusu nəzarət xətti boyunca atəşin dayandırılması rejimini səbəbsiz pozub. Təşkilatın məlumatına görə, mülki şəxslərə atəş Djiqdjot kəndində toy mərasimi zamanı raketlərlə və ağır minaatanlarla açılıb. Pakistan tərəfi Hindistan ordusunun dinc sakinlərə qəsdən hücumunu 2003-cü ildə atəşin dayandırılması haqqında razılaşmaya zidd olaraq pozucu və qeyri-peşəkar akt adlandırıb.

Noyabrda ABŞ-da koronavirusa yoluxma hallarının sayı rekord səviyyəyə – 3 milyona çatıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyətin informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatlarına istinadən CNN teleşirkəti bildirib.

Universitet məlumatına görə, bu ay ABŞ-da koronavirusa 3 002 082 yoluxma təsdiq edilib. Bu, martdan ən yüksək aylıq göstəricidir. Əvvəlki pik statistika iyulda qeyd edilib. Həmin ay koronavirusa 1 921 461 yoluxma aşkarlanıb. Oktyabr, avqust və sentyabr aylarında milyondan çox amerikalı koronavirusa yoluxub.

Universitet qeyd edib ki, ABŞ-da təhlükəli virusa bütovlükdə 12,16 milyondan çox yoluxma qeydə alınıb, COVID-19-dan 256 347 insan ölüb. Birləşmiş Ştatlar dünyada hər iki göstərici üzrə birinci yerdədir.

Oxşar Xəbərlər